REGİONLAR


Ucarda yay şumu çıxarılır

A+ A

Ucar, 18 iyul, AZƏRTAC

Taxıl biçini kampaniyasını uğurla başa çatdıran Ucar fermerləri yay şumu çıxarırlar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki mövsümdə bölgədə 12 min hektardan çox sahədə payızlıq bitkilər, o cümlədən taxıl, yonca və sair əkilməsi nəzərdə tutulub. Bu məqsədlə bütün ərazilərdə gələcək yüksək məhsul üçün zəruri olan yay şumunun çıxarılmasına başlanılıb.

Hər gün sahələrdə 15-20 şum traktoru işləyir. Rayonun əksər ərazilərində, o cümlədən Lək, Yuxarı Şilyan, Alpout, Şahlıq və bir sıra digər ərazilərdə bu mühüm tədbir sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.