REGİONLAR


Ucarda yeni yem istehsalı zavodu tikilir

A+ A

Ucar, 18 iyul, AZƏRTAC

Ucar rayonunun Qazıqumlaq kəndində istehsal gücü saatda 10 ton olan yeni yem zavodunun inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, “Qarant Aqro” MMC tərəfindən tikilən zavodun rayonda mal-qaranın və davarların yemə olan ehtiyacının ödənilməsində xeyli faydası olacaq.

Qeyd edək ki, heyvandarlıq Ucarda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Təkcə son vaxtlar burada iribuynuzlu mal-qara üzrə 300 başlıq, qoyunçuluq üzrə isə 1000 başlıq fermer təsərrüfatları yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.