MƏDƏNİYYƏT


“Üç bacı”nın qələbəsi

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

“BBC” şirkətinin rus xidmətinin internet portalında “Sizin fotolarınız” bölməsində Azərbaycan mətbəxinin təbliğinə yönələn şəkil yer alıb. Sayt mütəmadi olaraq “BBC”nin rus xidmətinin oxucularının göndərdiyi fotolardan ibarət tematik fotoqalereya təqdim edir. Bu həftə isə dünyanın ən tanınmış portallarından biri hesab olunan bu xidmətin internet səhifəsində qalereya “3 rəng” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, təbiət, münasibətlər, meqapolis və digər mövzulara aid fotolarla yanaşı, Azərbaycan mətbəxinin ləziz yeməklərindən biri də həmin saytın seçilən şəkilləri sırasına daxil edilib. Azərbaycandan həvəskar fotoqraf Lalə Sevilin “badımcan dolması”, yaxud “üç bacı dolması” kimi tanınan təamın fotosu indi ən çox izlənilən portallardan birində yerləşdirilib. Şəkli təqdim edən yazıda “Badımcan dolması badımcan, pomidor və bibərdən bişirilir. Bu, Azərbaycan mətbəxinin ən sevilən yay yeməyidir” cümlələri qeyd olunub. Bu şəkil ölkəmizin dünyada daha yaxşı tanınmasına xidmət edir və bir daha ermənilərin bəzən öz mətbəxi kimi təqdim etmək istədikləri yeməklərimizin məhz Azərbaycan xalqına məxsusluğunu göstərir.

Materialla aşağıdakı linkdə tanış olmaq mümkündür: http://www.bbc.com/russian/media-37063630

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.