DÜNYA


Üç çexiyalı XVI əsrə aid taxta kostyolu yandırıb

 

Praqa, 4 avqust, AZƏRTAC

Moraviya-Sileziya diyarının polis şöbəsi rəhbərinin məlumatına görə, üç Çexiya vətəndaşına, o cümlədən bir yeniyetməyə avqustun 2-də tamamilə yanıb külə dönmüş taxta kostyolun qəsdən yandırılması ittihamı irəli sürülüb. Bu cinayətə görə onları 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda şübhəliləri həbs etmək məsələsi müzakirə olunur.

İlkin hesablamalara görə, unikal taxta kilsənin əvvəlki yerində ucaldılması 20 milyon krona (755 min avro) başa gələcək. Təqribən 1563-cü ildə inşa edilmiş İsa Məsihin vücudu katolik kilsəsi Teşinskaya Sileziya vilayəti üçün xarakterik olan kvadratşəkilli zəng qülləli kostyollardandır. Məbədin əvvəlki yerində ucaldılması barədə qərarı obyektin sahibi Ostravsko-Opavski yepiskopluğu, habelə Mədəniyyət Nazirliyi və Trşinets şəhəri qəbul ediblər. Bununla bərabər, xeyriyyə vəsaiti toplanacaq. Təşəbbüskarlar vurğulayırlar ki, yeni kostyol XVI əsr məbədinin surəti deyil, yeni arxitektura tikilisi olacaq.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.