MƏDƏNİYYƏT
Üç gün ərzində 6 tamaşa
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində 6 tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçılar oktyabrın 21-i, 22-si və 23-də “Talelər qovuşanda”, “Bir dayan, canavar!”, “Meşə çaqqalsız olmaz”, “Amerikalı kürəkən”, “Dəcəl çəpişlər” və “Toya bir gün qalmış” tamaşalarını izləyə bilərlər.
Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, oktyabrın 22-də “Bir dayan, canavar!” əsəri rus dilində, “Meşə çaqqalsız olmaz”, oktyabrın 23-də isə “Dəcəl çəpişlər” tamaşaları Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar təqdim olunacaq bu səhnə əsərlərində sevimli aktyorların ifalarını izləyə biləcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]