MƏDƏNİYYƏT


“Üç gün və bir ömür” filminin çəkilişləri yekunlaşıb

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı bədii film çəkilib. Ekran əsərinin rejissoru Babək Şirinsifət, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə əsas rollara Rasim Cəfər, Kamran Ağabalayev və Hikmət Rəhimov çəkilib.

Kamran Ağabalayev AZƏRTAC-a bildirib ki, film 17 il həbsdə olan və həbsdən çıxdıqdan sonra torpaqlarımızın düşmən torpağı altında olmasına baxmayaraq öz doğam diyarına dönməyi arzulayan bir insanın hekayəsindən bəhs edir. Çəkilişləri regionlarda və Bakıda aparılan filmin təqdimatı ilin sonunda olacaq.

Qeyd edək ki, hazırda ekran əsərində montaj işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.