CƏMİYYƏT


Üç kiloqram narkotik maddəni gizlətdikləri yerdən qaçıran şəxslər saxlanılıblar VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyəti uğurla davam etdirirlər.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 23-də saat 05:10 radələrində daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürüb avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıb.

Avtomobilə baxış zamanı bağlamada bükülü vəziyyətdə olan narkotik maddə - iki kiloqram tiryək və bir kiloqram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.