İDMAN
Üç metrlik tramplindən suya tullanma yarışında qızıl medal Böyük Britaniya təmsilçisinə qismət olub [YENİLƏNİB] VİDEO
Kişilər arasında üç metrlik tramplindən suya tullanma yarışında qızıl medala Böyük Britaniya atleti Cordan Houlden (511.90) sahib olub.
İtaliya təmsilçisi Adriano Ruslan Kristofori (276.90) gümüş, rusiyalı İlya Malçanov (264.87) isə bürünc medala layiq görülüb.
20:46
Qadınlar arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə yarışlarının qalibi alman atletləri Stavçinski Luiza və Saskia Oettinqhaus (284.07) cütlüyü olub.
Gümüş medalı rusiyalı idmançılar Yelena Çernıx və Mariya Polyakova (276.90), bürünc medalı isə ukraynalı atletlər Diana Şelestyuk və Marqarita Cusova (264.87) qazanıblar.
Bir qədər sonra kişilər arasında üç metrlik tramplindən tullanma üzrə final mərhələsində start veriləcək.
Finalda İsveçrə, Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, İtaliya, Belarus, Rusiya atletləri mübarizə aparacaq.
20:22
Qadınlar üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə final mərhələsində bacarıqlarını nümayiş etdirməyə başlayıblar.
Bu mərhələdə Ukrayna, Böyük Britaniya, İtaliya, Polşa, Xorvatiya, Almaniya, İsveçrə, Rusiya, Avstriya, Belarus idmançıları mübarizə aparırlar.
14:45
Kişilər arasında üç metr hündürlüyündə tramplindən suya tullanma yarışında mübarizə aparan 32 idmançıdan 12-i finala vəsiqə qazanıb.
Atletimiz Artyom Danilov 441.15 balla 17-ci pillədə qərarlaşıb və finala yüksələ bilməyib.
Yarışın ilkin mərhələsində ilk üçlükdə Rusiya təmsilçisi İliya Molçanov (528.45), Böyük Britaniya atleti James Heatly (508.95), Belarus idmançısı Yury Naurozau (500.60) yer alıblar.
10:35
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də birinci Avropa Oyunlarında idmançılar üç metr hündürlüyündə tramplindən tək və sinxron tullanma üzrə mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, kişilər arasında üç metr hündürlüyündə tramplindən tullanma üzrə təmsilçimiz Artyom Danilov 1-ci nömrə altında çıxış edir.