Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir ölkə

Üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir ölkə

Heydər Əliyev dühasının işığında irəliləyən Azərbaycan dünyaya örnək olan multikultural dəyərlər sistemini və modelini formalaşdırıb

Multikulturalizm bir termin kimi dilimizə son vaxtlar daxil olsa da, mahiyyət etibarilə yeni deyil. Azərbaycanda multikultural dəyərlər, multimədəniyyətli cəmiyyətlər uzun əsrlər boyu mövcud olub, sivilizasiyalararası ziddiyyətlərin böhran həddinə çatdığı müasir dövrümüzdə isə xüsusi aktuallıq və dəyər kəsb etməyə başlayıb.

Çox da uzaq olmayan keçmişdə, 1990-cı illərin əvvəllərində dünya indiki kimi deyildi. Nə İslam adından sui-istifadə edərək amansız qətllər törədən İŞİD terror qruplaşması vardı, nə də dinlər və məzhəblərarası ədavət indiki qədər kəskinləşmişdi. O vaxt dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev sanki illərin arxasından gələcəyi görür, cəmiyyətdə etnik-dini tolerantlığın tam bərqərar olmasına xüsusi diqqət ayırırdı. Bu müdrik, uzaqgörən siyasi xadim həyatımızın digər sahələrində olduğu kimi, multikultural ənənələrin möhkəmləndirilməsində, yeni dəyərlərlə zənginləşdirilməsində, xüsusən dövlət-din münasibətlərinin formalaşmasında misilsiz irs qoyub. Məhz Heydər Əliyev dühasının işığında irəliləyən Azərbaycan özünün dünyanı heyran qoyan multikultural dəyərlər sistemini və modelini formalaşdırıb. Bu haqda söhbəti davam etdirməzdən əvvəl Heydər Əliyev irsinin və siyasətinin təntənəsinin sübutu olan bir neçə misal çəkmək istərdim.

İslamın Azərbaycan brendi

Roma Papası II İohann Pavelin 13 il əvvəl Bakıya gəlişini və burada dediyi sözləri xatırlayıram. Dünyanın ən nüfuzlu din xadimi tarixdə ilk dəfə idi ki, Azərbaycana səfər edirdi. Onu bura Azərbaycanda bərqərar olmuş cazibədar tolerantlıq mühiti gətirmişdi. Gəldi, gördü və hər birimizdə qürur doğuran bu sözləri dedi: “Azərbaycan üç müxtəlif dinin dinc yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”. Vatikanın nə II İohann Paveldən əvvəlki, nə də ondan sonrakı rəhbərinin hər hansı başqa ölkədəki tolerantlığa bu cür yüksək qiymət verməsinə çətin ki, tarixdə ikinci bir nümunə tapmaq mümkün olsun.

2009-cu ildə Fransadan Azərbaycana bir sosioloq gəlmişdi. Məscidə, kilsə və sinaqoqa gedir, dindarlarla görüşüb söhbət edirdi. Sünni və şiələrin bir yerdə namaz qıldığını görüb çox təəccüblənmişdi. Deyirdi ki, dünyanın heç bir yerində İslamın iki qolu arasında bu cür isti münasibət görməyib. O, Bakıya səfərinin təsiri altında yazdığı elmi məqaləsində belə bir ifadə işlətmişdi: “İslamın Azərbaycan brendi”.

İsrailin Azərbaycandakı səfiri Dan Stav bizim tolerantlıq mühitimizi olduqca orijinal, özünəməxsus bir tərzdə səciyyələndirib. Səfirin AZƏRTAC-da görüşü zamanı səsləndirdiyi fikri diqqətə çatdırmaq istərdim: “Tolerantlıq məfhumu bir çox ölkələrdə “sənə dözürəm, lakin sənə nifrət edirəm” mənasını verir. Azərbaycan tolerantlığı isə bundan tam fərqli olaraq, “sənə dözürəm, çünki səni sevirəm” anlamına gəlir. Cənab Dan Stavın bu qənaətə gəlməsinə səbəb Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşaması, heç bir ayrı-seçkiliyə məruz qalmamasıdır.

Milli Məclisin deputatı, hamımızın yaxşı tanıdığı Mixail Zabelin “Nezavisimaya Qazeta”ya müsahibəsində 1990-cı illərin əvvəllərində yaranmış vəziyyəti yada salaraq deyir: “Sovet İttifaqı dağılanda ruslar yanıma gəlib nə edəcəklərini, - getsinlərmi, yoxsa qalsınlarmı, - deyə soruşurdular. Çox mürəkkəb bir dövr idi, ruslara düşdükləri şəraitə uyğunlaşmaqda kömək etmək lazım gəlirdi. Birinci vəzifə rus məktəblərini qoruyub saxlamaq idi. Yaxşı ki, 1993-cü ildə hakimiyyətə Heydər Əlirza oğlu Əliyev gəldi. O, bizi başa düşdü, dəstəklədi, mərkəzimiz üçün yer ayırdı. Hazırkı Prezident İlham Heydər oğlu Əliyev elə həmin siyasəti yeridir, əvvəllər xalqlar arasında dostluq, indi isə tolerantlıq və multikulturalizm adlandırılan dəyərləri dəstəkləyir”.

Fikir çox sadə, amma olduqca sərrast ifadə olunub. Hörmətli parlament üzvü bir neçə cümlədə Azərbaycan tolerantlığının mahiyyətini açıb göstərə bilib. Onun sözünə qüvvət olaraq bir faktı qeyd etmək kifayətdir: hazırda ölkəmizdə 16 rusdilli və 356 qarışıq məktəb var. Universitetlərimizin əksəriyyətində rus dilində fakültələr yaradılıb və burada 16 mindən çox tələbə təhsil alır.

Yaşlı nəsil bir-birindən köklü surətdə fərqlənən iki dövrü yaşayıb. Sovet rejimi ateist siyasət yeridir, Lenin dini xalqlar üçün tiryək adlandırırdı. Dövlət dinə və dindarlara qarşı müharibə elan etmişdi. Məscidləri uçurur, yaxud anbara çevirir, din xadimlərini edam edir, sürgünə göndərirdilər. Mömin bəndələr xəlvətə çəkilməyə məcbur olmuşdular. Müstəqil dövlətçilik isə özü ilə etiqad və vicdan azadlığı gətirdi. Dinə münasibət, necə deyərlər, bir göz qırpımında kökündən dəyişdi. Dövlət quruluşu, sistem, ideologiya dərhal dəyişə bilər, şüurun, ictimai əxlaqın və stereotiplərin dəyişməsinə isə zaman lazım gəlir. Bəziləri çaşıb qalmışdılar, nə edəcəklərini bilmirdilər. Bu qeyri-müəyyənlikdən istifadə edən missionerlər Azərbaycana ayaq açmağa başladılar.

Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdanda din sahəsində də mürəkkəb və ziddiyyətli vəziyyət hökm sürürdü. İlk növbədə dövlət-din münasibətlərini nizamlayan təşəbbüslərə və müasir tarixi şəraitlə ayaqlaşa bilən qanunvericiliyə ehtiyac duyulurdu. 1992-ci ildə başdansovdu hazırlanaraq qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Qanundakı boşluqlar dövlətin dini durum üzərində nəzarəti təmin etməsinə imkan vermirdi. Qeyri-ənənəvi dinlərin təbliğinin, gündən-günə genişlənməkdə olan radikalizmin ümumi sabitliyə və dövlətçiliyə yaratdığı təhlükəni görən Ulu Öndər siyasətdə və qanunvericilikdəki boşluqları aradan qaldırmaq istiqamətində addımlar atmağa başladı.

İndi, aradan onilliklər keçdikdən sonra Heydər Əliyevin qəbul etdiyi qərarlara nəzər salarkən bu dahi şəxsiyyətin bizə necə zəngin və qiymətli irs qoyduğuna bir daha əmin oluruq. Bu irsin bir neçə diqqətçəkən məqamı üzərində dayanmaq istərdim. Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətləri son dərəcə həssas, xüsusi yanaşma tələb edən məsələdir. Heydər Əliyev bu münasibətlərdə ifrat inzibatçılığın tərəfdarı deyildi. Hadisələri öz təbii axarına qaytarmaq yolunu insanları inandırmaqda, dövlət və din arasında sovet rejimi dövründə yaranmış uçurumu aradan götürməkdə, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqda, dinin milli mənəvi dəyərlər sistemində yerini dəqiq müəyyənləşdirməkdə görürdü.

Hər birimiz şahidik: Heydər Əliyev məscidlərə gedir, dini mərasimlərə qatılır, dindarlarla görüşlərində dövlətin bu sahədəki strateji xəttini səbirlə izah edirdi. Deyirdi ki, Azərbaycan dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolu seçib. Dövlət dindən ayrıdır. Lakin bu prinsip heç də vətəndaşın və xalqın dindən ayrılması anlamına gəlmir. 1998-ci ilin oktyabrında Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” adlı Beynəlxalq konfransdakı çıxışında Heydər Əliyev dövlətin din siyasətini belə şərh edirdi: “Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlığını təsbit etmişdir, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Ulu Öndərimiz hələ hakimiyyətə qayıtdığı ilk aylarda, 1993-cü ilin sentyabrında Məhəmməd Peyğəmbərin mövludu münasibətilə Təzəpir məscidində keçirilən mərasimdəki çıxışında bəyan etmişdi ki, Azərbaycan dövləti bundan sonra hər bir insanın öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanlar yaradacaq. Bu vədlərin və dövlətin dinlə bağlı siyasətinin əməli işlərlə müşayiət olunması insanların inamını artırırdı. Heydər Əliyev məscidlərin, dini-mədəniyyət abidələrinin bərpasını dəstəkləyir və buna şəxsən yardım edirdi. Bibiheybət və Təzəpir məscidləri, Mirmöhsün Ağa ziyarətgahı bilavasitə Ulu Öndərin himayəsi ilə bərpa olundu. Təkcə məscidlər deyil, kilsələr və sinaqoqlar da diqqətdən kənarda qalmırdı. Ulu Öndərin bununla bağlı fikrini xatırlatmaq yerinə düşər: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Bunun nəticəsidir ki, özünü demokratiyanın beşiyi kimi qələmə verən ABŞ-da, Avropada insanlar dini-milli dözümsüzlükdən, ksenofobiyadan əziyyət çəkdikləri halda, Azərbaycanda müsəlmanlar, yəhudilər və xristianlar arasında qarşılıqlı hörmət, mehriban münasibətlər hökm sürür. Artıq dünyada çoxları etiraf edir ki, bu tolerantlıq və dinlərarası dialoq Heydər Əliyevin məqsədyönlü, ədalətli siyasəti sayəsində bərqərar olub. Bu siyasət Azərbaycan cəmiyyətinə sabitlik, əmin-amanlıq bəxş etməklə yanaşı, dünya üçün də bir nümunədir.

Təbii ki, problemin köklü həlli dövrün nəbzini tutan mükəmməl qanunvericilik bazasının yaradılmasını tələb edirdi. Buna görə də 1992-ci ildə qəbul olunmuş “Dini etiqad azadlığı haqqında” Qanunda Ulu Öndərin təşəbbüsü ilə əsaslı dəyişikliklər olundu. Konstitusiyamızda vətəndaşların din və vicdan azadlığı təsbit edildi. Nəhayət, Konstitusiyanın müvafiq maddəsinin həyata keçirilməsini, həmçinin dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Azərbaycan tarixən tolerantlıq, etnik-dini dözümlülük ənənələri ilə fərqlənib. Tariximizin təftişçiləri belə, milli-dini zəmində ciddi ixtilaf, yaxud qarşıdurma faktı tapa bilməzlər. Başqa dinlərə, xalqlara hörmət bəsləmək, necə deyərlər, bizim iliyimizə, qanımıza hopub. Babalarımız, ulu babalarımız belə olub, onların babaları və ulu babaları da. Amma müasir dövrə nəzər salsaq görərik ki, ölkəmizdə mükəmməl multikultural mühit, Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi misilsiz töhfələr ulu öndər Heydər Əliyevin uzaqgörən və düzgün siyasəti nəticəsində bərqərar olub.

Bu, Azərbaycanın reallıqlarıdır. Dünya isə sanki orta əsrlərin səlib yürüşləri dövrünə qayıdır, dini-etnik zəmində qütbləşmə getdikcə dərinləşir. Yaxın Şərqdə məzhəblərarası ədavət az qala müharibə həddinə çatıb. Artıq bir çox siyasətçilər sülh və barış erasının sona yetdiyindən, multikulturalizmin iflasından danışırlar. Belə mürəkkəb bir vaxtda Azərbaycanın multikultural dəyərləri təbii ki, daha cazibədar görünür, Heydər Əliyev irsinin dəyəri daha qabarıq nəzərə çarpır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi və yeni çalarlarla zənginləşdirilməsi Azərbaycan multikulturalizmini bir model olaraq dünya müstəvisinə çıxarıb. Artıq çoxları bizim buna necə nail olduğumuzla maraqlanır. Bu vaxtadək multikulturalizmin Avropa, Kanada, yaxud Avstraliya modellərindən danışırdılar. Bu gün isə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan modelinə yönəlməkdədir. Təsadüfi deyil ki, artıq 11 ölkənin universitetlərində “Azərbaycan multikulturalizmi” bir fənn kimi tədris olunur.

Ulu Öndər çox illər öncə böyük uzaqgörənliklə deyirdi: “İndiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Dindən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə edilməsi hallarının qarşısını almaq üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, din xadimlərinin səfərbər edilməsi zəruridir”. Heydər Əliyevin müəyyənləşdirdiyi bu strateji istiqamət bizi dünyaya sel kimi yayılmaqda olan radikalizmin dağıdıcı təsirlərindən qoruyur. Dövlət qurumlarının bu məsələyə daimi nəzarəti, cəmiyyətdə formalaşmış tolerant ovqat Nardaranda din pərdəsi altında Konstitusiyaya zidd əməllər törədilməsinin, sabitliyi pozmaq cəhdlərinin qarşısını vaxtında almağa imkan verdi. Yaxud Suriya və İraqa gedib radikal qruplara qoşulan azərbaycanlıların sayını dəfələrlə azaltmaq mümkün oldu.

Dünyaya sülh mesajı

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Prezident İlham Əliyevin bu qərarı təsadüfi deyil və bir çox obyektiv amillərdən qaynaqlanır. Belə ki, yüzilliklər boyu mədəniyyətlərin sıx qovuşduğu məkanda yerləşən Azərbaycan dinlər və sivilizasiyalararası anlaşmada mühüm və aparıcı rol oynayıb. Cəmiyyətimizdə bununla bağlı zəngin tarixi baza və təcrübə formalaşıb. Bir qədər əvvəl qeyd etdiyim kimi, ölkəmizdə dini-etnik zəmində hər hansı ədavət, qarşıdurma baş verməyib və indi də belədir. Azərbaycanda yaranmış nadir tolerantlıq mühiti bu gün mütərəqqi nümunə kimi qəbul olunur. Digər tərəfdən, ölkəmizdə multikulturalizm ənənələrinin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün bütün zəruri sosial-siyasi şərait mövcuddur.

Proseslərin gedişinə nəzər salsaq görərik ki, bu sahədə iş sistemli və davamlı şəkildə aparılır. Son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi təsis edilib. Beləliklə, Heydər Əliyev irsi üzərində təşəkkül tapan Azərbaycan multikulturalizmi bir elm sahəsinə, intellektual və yaradıcı sahəyə çevrilib.

Prezident İlham Əliyev bu barədə danışarkən maraqlı müqayisə aparıb: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Azərbaycan hazırda nəinki bu yolla gedir, eyni zamanda, sivilizasiyalararası dialoq platformasına çevrilir. Artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu bunun bariz nümunələrindən biridir. Ötən il Azərbaycan paytaxtında üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu il isə Bakı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi edib. Digər misallar da çəkmək olar. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına, onların İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan həmkarları da dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verirdi. Bir il sonra həmin təşəbbüs yenidən təkrarlandı. Bu dəfə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına onların avropalı həmkarları qatıldı. Həmin təşəbbüs sonradan “Bakı prosesi” adını aldı və yuxarıda qeyd edilən beynəlxalq forumların, eləcə də Azərbaycanda dünya dini liderlərinin zirvə görüşünün keçirilməsinə vəsilə oldu.

“Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmin gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”. Dövlətimizin başçısının 2015-ci ilin mayında Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqindən götürülən bu sitat Prezident İlham Əliyevin mütərəqqi baxışlarına, məsələyə nə dərəcədə böyük önəm verdiyinə xarakterik misaldır. Azərbaycan xalqının və onun liderinin dünyada cərəyan edən mənfi proseslərlə bağlı keçirdiyi narahatlıq hissinin, bəşər multikulturalizminə töhfə vermək istəyinin ifadəsidir. “Multikulturalizm ili” də məhz bu nəcib məramdan qaynaqlanır və xalqımızın birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş miqyasda təqdim olunması məqsədinə yönəlib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə göstərdiyi fəaliyyət də yüksək qiymətə layiqdir. Bunu əcnəbilərin dilindən tez-tez eşidirik. Mehriban Əliyeva həm ölkəmizin tolerantlıq ənənələrinin, multikultural dəyərlərimizin dünya miqyasında təbliğinə böyük dəstək verir, həm də onun rəhbəri olduğu Heydər Əliyev Fondu diqqətçəkən layihələr və tədbirlər həyata keçirir. Gəlin xatırlayaq: Fond İslam ölkələrində, məsələn, qardaş Pakistanda xeyriyyəçilik fəaliyyəti göstərir, bununla eyni vaxtda Fransada, Rusiyada, katolik dünyasının mərkəzi olan Vatikanda kilsələrin, dini məbədlərin təmir və bərpasına dəstək verir. Bu yaxınlarda Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans iki məqsədə xidmət edirdi. Bir tərəfdən bizə məxsus tolerantlıq mədəniyyətini dünyaya çatdırır, digər tərəfdən multikulturalizmin sıxışdırıldığı Avropanın gələcəyində bu dəyərlərin əhəmiyyətini göstərirdi.

Azərbaycanın birinci xanımının həmin konfransda vurğuladığı bir fikri xatırlamaq yerinə düşər: “Ekstremizm və terrorçuluğa yox deməklə biz cəmiyyətimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olur. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”. Göründüyü kimi, ölkəmiz müasir dünya üçün üzərinə çox vacib bir missiya götürüb və “Multikulturalizm ili” də bu mənada dünyaya sülh mesajıdır.

Bu, bizim siyasətimiz və təməl prinsiplərini Heydər Əliyev irsi təşkil edən modelimizdir. Bəs, Qərbin yanaşması necədir? AŞPA-nın ötən yay sessiyasında hollandiyalı deputatlardan birinin İslam dini haqqında olduqca mənfi və yanlış fikirlər söylədiyinin şahidi olduq. Ümumiyyətlə, xristian aləmində islamofobiya geniş yayılmaqdadır və bunun əsas baiskarları siyasətçilər, həmin hollandiyalı deputat Faber de Klaşorts kimilərdir. Fransada satirik jurnal Məhəmməd Peyğəmbərin karikaturalarını tirajlayır. Amma fransız siyasi elitasından, cəmiyyətindən buna heç bir təpki gəlmir. Əksinə, müsəlman dünyasında böyük rezonans və hiddət doğuran hərəkətlər demokratiyanın ali forması kimi qələmə verilir, hətta təqdir olunur. Quranı yandırırlar, siyasətçilər susur. Yaxud, Qərb yanlış Yaxın Şərq siyasəti ilə müsəlman aləmini özünə qarşı qaldıraraq xalqlar və dinlər arasında düşmənçilik toxumları səpir, dərin uçurumlar yaradır.

Yanlış siyasət bumeranq effekti yaradır. Bu gün qarşısıalınmaz miqrant problemi, xüsusən terrorizm Qərbin başı üzərində domokl qılıncı kimi asılıb. Parisdəki, Belçikadakı dəhşətli terror hadisəsindən sonra insanlar xof və vahimə içərisində yaşayırlar. Qərblilər Misirə, Tunisə getməyə qorxurlar. Amerikada qaradərili insanların rasizmə qarşı kütləvi iğtişaşlarla nəticələnən etiraz aksiyaları baş qaldırır. Terror hadisələrini təhlil etsək görərik ki, onların böyük əksəriyyəti məhz etnik-dini ayrı-seçkilikdən, ksenofobiya və islamofobiya kimi qeyri-bəşəri amillərdən qidalanır.

Küveytdə, Səudiyyə Ərəbistanında, İraqda və digər ərəb ölkələrində məzhəblərarası ədavət nəticəsində məscidlər partladılarkən, Azərbaycandakı Heydər Məscidində şiələrlə sünnilər birlikdə vəhdət namazı qılırlar. Bəlkə də tarixdə yeganə nümunədir ki, bu məsciddə bir həftə şiə, bir həftə isə sünni imamı xütbə verir. Bu da bəşəriyyət, ilk növbədə islam aləmi üçün misli-bərabəri olmayan bir örnəkdir.

ABŞ-dan gələn xəbər

Tolerantlığın təşviqində və cəmiyyətə multikultural mədəniyyət aşılanmasında kütləvi informasiya vasitələri də mühüm rol oynayır. Uzun illər bu sahədə çalışan, dövlət informasiya agentliyinə rəhbərlik edən bir şəxs kimi tam əminliklə deyə bilərəm ki, Azərbaycan mediası bu sahədə üzərinə düşən məsuliyyətini dərk edir, müxtəlif dinlərə mənsub insanlar, müxtəlif millətlər arasında dostluq, qarşılıqlı hörmət ruhunun möhkəmlənməsinə özünəməxsus töhfələr verir. Azərbaycan bu baxımdan da dünyaya nümunə ola bilər.

Qeydlərimi ABŞ-dan gələn bir xəbərlə tamamlamaq istərdim. Bu il fevralın 17-də Yuta ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycanın tolerantlıq modelini təqdir edən bəyannaməyə imza atıb. Bəyannamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunulur və burada müsəlmanların, yəhudi və xristianların sülh və əmin-amanlıq şəraitində yaşadığı ifadə olunur. Senatorlar bu fikirdədirlər ki, dünyanın müxtəlif regionlarında dini nifrət, terrorçuluq, dözümsüzlük, ksenofobiya kimi halların artdığı bir vaxtda Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Azərbaycan rəhbərliyinin bu mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynaması və onu müxtəlif vasitələrlə dəstəkləməsi sənəddə xüsusi vurğulanır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğundan və BMT-nin Sivilizasiyalararası Alyansının Bakı Forumundan danışan senatorların yekdil rəyi bundan ibarətdir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli, Azərbaycanın tolerantlıq modelinin bütün dünyada təbliğinə çalışmalıdır. Doğrudan da, qürurverici faktdır, ulu öndər Heydər Əliyevin irsindən qaynaqlanan Azərbaycan multikulturalizminin təntənəsinin daha bir təsdiqidir.

Bir çox qərblilərdən fərqli olaraq, azərbaycanlı onun yanından keçən xristiana və yəhudiyə, yaxud sarışın və qaradərili insana ikrah hissi ilə baxmır. İsrail səfirinin təbirincə desək, dinindən, milli mənsubiyyətindən, dərisinin rəngindən asılı olmayaraq, hər kəsə sevgi və hörmətlə yanaşılır. Roma Papasının sözlərinə isə onu əlavə etmək olar ki, Azərbaycan təkcə üç dinin deyil, eyni zamanda, çoxsaylı xalqların bir ailənin üzvü kimi yaşadığı nadir məkandır.

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir