DÜNYA


Üç ölkənin XİN rəhbərləri Hələbdə vəziyyəti müzakirə edəcəklər

Berlin, 19 dekabr, AZƏRTAC

Reuters agentliyi bu gün Türkiyənin xarici siyasət idarəsinin nümayəndəsinə istinadla xəbər verib ki, Türkiyə, İran və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri sabah Moskvada danışıqlar aparacaqlar. Onlar Hələbdə baş vermiş son hadisələri müzakirə edəcəklər. Nazirlər bu görüşün yekunlarına əsasən Suriya böhranından çıxış yolu tapmağa ümid edirlər.

Ankara Moskva ilə məxfi razılaşmalar ola biləcəyi barədə KİV-lərdə yayılmış məlumatları təkzib edib. Həmin məlumatlara görə, guya Türkiyə razılaşıb ki, RF Suriyanın şimalında Türkiyənin apardığı hərbi əməliyyatlara müdaxilə etməyəcək və bunun müqabilində Rusiya rəsmi Dəməşqin bütün Hələbi nəzarət altına almasına kömək edəcək.

Frans-Press agentliyi Türkiyə XİN nümayəndəsinin bu sözlərini sitat gətirir: “Biz Moskva ilə sövdələşməmişik. Bu iki ssenari arasında əlaqə görmürük”.

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı dəqiqləşdirərək bildirib ki, Rusiya dövlətinin başçısı Vladimir Putin üçtərəfli danışıqların iştirakçıları ilə görüşməyi planlaşdırmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.