MƏDƏNİYYƏT
“Üç qardaş” Lənkəran Dövlət Dram Teatrında
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin uşaqlar üçün yazdığı “Üç qardaş” nağıl-tamaşanın premyerası olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında yazılan səhnə əsərində müəllif nağılda cərəyan edən hadisələrə yeni məzmun verərək padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə verib.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar Artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev və başqaları ifa edirlər.
Qeyd edək ki, “Üç qardaş” pyesi yazıçı-jurnalist Ağaddin Babayevin Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuş sayca üçüncü səhnə əsəridir.