İQTİSADİYYAT
Üç sığorta şirkətinin lisenziyası ləğv edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyalar sığortaçıların müraciətinə əsasən ləğv edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət daxil olub. Palata “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Buta Sığorta” ASC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]