Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Üçrəngli bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir

Ağsu, 8 noyabr, AZƏRTAC

Bölgələrdə 9 Noyabr - Dövlət Bayrağı Günü təntənə ilə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Ağsu rayonunda keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirilib. Yığıncaq Azərbaycanın Dövlət himni ilə açılıb. Məktəblilərin ifasında dövlət bayrağımıza həsr olunan şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 19-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırıldığını bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın məruzəsində, eləcə də çıxışlarda Azərbaycan demokratiyasının dəyərlərinin simvolu olan milli bayrağımızın bundan sonra əsrlər boyu dalğalanacağına böyük inam, əminlik ifadə edilib. Bildirilib ki, bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir.

 

X X X

 

Hər bir xalqın müqəddəs rəmzlərindən olan bayraq onun varlığının sübutu, dövlət qurmaq, ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq, eyni zamanda, dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının görünən şəffaf və dəqiq meyarıdır.

AZƏRTAC xəbər verir ki, bu sətirlər noyabrın 8-də Zərdabda Dövlət Bayrağı Gününə həsr edilən təntənəli yığıncaqda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəbləri şagirdlərinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırladıqları divar qəzetlərinə və əl işlərinin sərgisinə baxış keçirilib.

Təntənəli yığıncaqda Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixindən, bu gün müstəqil ölkəmizdə dövlət atributu kimi bayrağımıza göstərilən ehtiramdan danışılıb. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasının milli-mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın ən bariz nümunəsi olduğu vurğulanıb. Qeyd edilib ki, Zərdab rayonunda da 2011-ci ildə Dövlət Bayrağı Meydanı qurulub və bu gün bu meydan rayon sakinləri üçün ən əziz məkandır.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev iştirak edib.

 

X X X

Kürdəmirdəki Bayraq Meydanında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ağsaqqallar, gənclər, “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra iştirakçılar Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan sərgiyə baxıblar.

Rayonun ümumtəhsil məktəbləri şagirdlərinin veloyürüşü maraqla qarşılanıb.

İncəsənət ustalarının ifasında zəngin repertuarlı bayram konserti iştirakçılarda xoş təəssürat yaradıb.

X X X

Dövlət Bayrağı Günü Şamaxıda da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları bayram münasibətilə təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən danışıb.

Rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, şəhər 10 saylı tam orta məktəbin müəllimi Vasif Şıxıyev, Avropa liseyinin müəllimi Bəsirə Məmmədova çıxışlarında Dövlət bayrağımızın hər bir vətəndaş üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq dövlətçiliyə, milli-mənəvi dəyərlərə, azadlıq məfkurəsinə və ümumbəşəri ideallara sadiqliyimizin simvoludur.

X X X

İsmayıllıda Dövlət Bayrağı Günü ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə təntənəli surətdə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bayram iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, dövlət bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən dalğalandırılıb.

Rayon məhkəməsinin hakimi Azad Əliyev, veteranlar şurasının sədri Əlaləm Babayev, təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov, YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova çıxış edərək üçrəngli bayrağımızın xalqımızın tarixi yaddaşında, hər bir azərbaycanlının canında və ruhunda əbədi ucaldığını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində keçirilən tədbir mərkəzi meydanda davam etdirilib. Meydana xor kollektivinin oxuduğu himn sədaları altında dövlət bayrağı gətirilib. Bayrağa, dövlətə, Vətənə, Ümummilli Liderə həsr olunan mahnı və marşlar, cəngi səsləndirilib.

Bayram şənliyi günün ikinci yarısında da davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq