Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmışdır
Forumun Bəyannaməsi qəbul olunmuşdur VİDEO

Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işini “dəyirmi masa”larda davam etdirmişdir.

AZƏRTAC xəbər verir ki, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli, məzmunlu və maraqlı diskussiyalar aparılmışdır.

Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak etmişlər.

AZƏRTAC Forumun ikinci iş gününün gedişini “dəyirmi masa”lar üzrə şərh edir.

 

“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”

mövzusunda “dəyirmi masa”da sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi məsələləri

müzakirə edilmişdir

Noyabrın 1-də “Kempinski Badamdar” otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru”, “Ənənəvi jurnalistika və sosial şəbəkələr” mövzularının hər biri ayrıca paneldə müzakirə olunmuşdur.

Birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri, ikincidə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, üçüncüdə isə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilmişdir.

“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.

“Dəyirmi masa”nı AZƏRTAC-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları salamlamış, onlara səmərəli iş, maraqlı diskussiyalar arzu etmişdir.

Tədbirin gündəliyinə daxil edilmiş məsələlərin diapazonunun kifayət qədər geniş olduğunu söyləyən Aslan Aslanov burada sosial şəbəkələrin təkamülü dövründə texnoloji yeniliklərin, həmin şəbəkələrin ənənəvi jurnalistika ilə qarşılıqlı əlaqəsinin, KİV-lər prizmasından və onların fəal iştirakı ilə sivilizasiyalararası dialoq və bir sıra oxşar məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Baş direktor demişdir ki, bu problemlər bizim cəmiyyətlərdə ən çox müzakirə edilən məsələlərdəndir və cəmiyyətlər mətbuat işçilərindən həmin suallara cavab gözləyirlər.

“Bizim peşəmizdə yüksək texnologiyaların nailiyyətlərindən geri qalmamaq və gündəlik işimizdə onları vaxtında inteqrasiya etmək çox vacibdir”, - deyən Aslan Aslanov bildirmişdir ki, texnoloji tərəqqi peşəkar fəaliyyətimizin xarakterinə güclü təsir göstərir. İnternet və yaxın vaxtlara qədər mövcud olmayan sosial şəbəkələr indi artıq gündəlik işimizin ayrılmaz atributuna çevrilmişdir. Halbuki aramızdakı həmkarların çoxu öz peşəkar fəaliyyətinə başladığı illərdə informasiya teletayp və ağ-qara ekranlı televiziya vasitəsilə ötürülürdü. Ona görə də bu möhtəşəm transformasiyanın canlı şahidləri kimi bu trendin bizi haraya aparacağını, xəbər agentliklərinin aqibətinin necə olacağını, sosial jurnalistika ilə ciddi yarışda ənənəvi agentliklərin davam gətirib-gətirməyəcəyini öyrənmək çox maraqlıdır.

Aslan Aslanov demişdir: “Təbii ki, bir gün ərzində bu zalda bütün məsələləri həll etmək çətin olar və əslində biz bu niyyətdə də deyilik. Lakin ümidvaram ki, bizim “dəyirmi masa”nın proqramını tərtib edərkən onun mövzusu kimi nəzərdə tutduğumuz məsələlər informasiya məkanının qloballaşması şəraitində medianın əsas aspektlərini əhatə edir və aktual məqamları üzə çıxarır”.

“Dəyirmi masa”nın birinci panelinə moderatorluq edən Rusiyanın İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini–şef redaktor Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətindən danışmışdır.

Ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrə toxunan M.Qusman sosial şəbəkələrin cəmiyyətin bütün sahələrinə göstərdiyi təsirdən bəhs etmişdir.

İTAR-TASS-ın baş direktorunun birinci müavini vurğulamışdır ki, XXI əsr mediası keçmişdəki media ilə çox fərqlənir və sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.

Sonra bölmə iclası məruzələrlə davam etmişdir. Böyük Britaniyanın “Allting Ltd.” şirkətinin sədri, şair, dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev yeni media və müasir çağırışlar, xəbər istehsalı sahəsində modern texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir mərhələdə informativ-kommunikativ texnologiyaların KİV-lərin imkanlarının artmasına təsiri və s. mövzularda məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında maraqlı diskussiyalar olmuşdur. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova məruzələrdə söylənən fikirlərə münasibət bildirmişdir.

Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katelin sədrliyi ilə keçən ikinci paneldə ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun, Argentina Milli Konqresinin Deputatlar Palatasının üzvü Yuliya Argentina Peryenin, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin, Moldovanın “Kişinyovskiy obozrevatel” qəzetinin baş redaktoru, “MLD Media” Araşdırmalar Mərkəzinin direktoru İrina Astaxovanın, Rusiyanın “Rossiya” televiziya kanalının nümayəndəsi Marina Kimin, Bakı Dövlət Universitetinin müəllimi Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin məruzələri dinlənilmişdir.

Çıxışlarda sivilizasiyalararası dialoqun inkişafında, tolerantlığın, müxtəlif xalqlar, dinlər arasında qarşılıqlı anlaşmanın təbliğində kütləvi informasiya vasitələrinin rolundan bəhs edilmişdir. Bildirilmişdir ki, qloballaşma dövründə bəşəriyyətin qarşısında duran qlobal təhlükəsizlik təhdidlərinin sayı və miqyası artır. Bu təhdidlərin öhdəsindən gəlmək, ziddiyyətlərin, münaqişələrin qarşısını almaq üçün qlobal səviyyədə daha çox səy göstərmək lazımdır. Buna isə sivilizasiyalar arasında dialoq şəraitində nail olmaq mümkündür. Təbii ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

“Dialoq tolerantlığın açarıdır. Multikulturalizm dəyərlərinin tətbiq vasitəsi kimi KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edən Aslan Aslanov bildirmişdir ki, qloballaşmaqda olan dünyada millətlərarası, konfessiyalararası ünsiyyət strategiyası insani münasibətlərin bu mürəkkəb sahəni ekstremizmə, irqçiliyə, şovinizmə və qarşıdurmaya zidd olaraq multikulturalizm və tolerantlıq əsasında tənzimləyən hüquqi, əxlaqi və sosial normalara əsaslanmalıdır. Bu halda əsas diqqət məhz multikulturalizmə yönəldilməlidir. Multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Multikulturalizm təkcə etik doktrina deyil, həm də açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan müəyyən siyasi proqram, dövlət siyasəti deməkdir. Beləliklə multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır.

Baş direktor demişdir ki, Azərbaycan dövləti bütün dünyada məhz polietnik, çoxkonfessiyalı və tolerant bir ölkə kimi məşhurdur. Burada bütün dinlərin və milli azlıqların nümayəndələrinin hüquqlarının reallaşdırılması üçün çox gözəl şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirir.

Aslan Aslanov diqqətə çatdırmışdır ki, kütləvi informasiya vasitələri cəmiyyətdə ayrı-seçkiliyi, irqçiliyi və ksenofobiyanı deyil, multikulturalizmi, tolerantlıq ideyalarını, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqu təbliğ etməli, fəaliyyət göstərdikləri ölkələrdə tolerant şüurun formalaşmasına şərait yaratmalı, ekstremizmin və zorakılığın yayılmasına mane olmalıdır.

Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboyun moderatorluğu ilə keçən üçüncü paneldə Ukraynanın “Uryadovıy Kuryer” qəzetinin baş redaktoru Sergey Braqa, Estoniyanın “Postimees” qəzetinin redaktoru Siqrid Kiyv, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Belçikada fəaliyyət göstərən Siyasət məsələləri üzrə Avropa Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Paul, Bakı Slavyan Universitetinin müəllimi Səbinə İzzətli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva məruzələrlə çıxış etmişlər.

Məruzələrdə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri, cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş internet və sosial şəbəkə ilə medianın gələcəyinin necə olacağı, informasiya agentliklərinin bu sektorda başlıca rolunu nə dərəcədə qoruyub saxlaya biləcəyi məsələlərinə diqqət yetirilmişdir.

Diskussiyalarla davam edən paneldə multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi bildirilmişdir.

Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulamış, Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

“Dəyirmi masa” boyu AZƏRTAC-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində çəkilmiş videomateriallar nümayiş etdirilmişdir.

Sonda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilmişdir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmışdırForumun Bəyannaməsi qəbul olunmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur