MƏDƏNİYYƏT
Üçüncü İstanbul Dizayn Biennallesinin hədəfləri açıqlanıb
İstanbul, 21 oktyabr, AZƏRTAC
İstanbul Mədəniyyət və Sənət Vəqfinin təşkil etdiyi üçüncü İstanbul Dizayn Biennallesinin açılış mərasimi oktyabrın 22-də keçiriləcək. “Petkim” və “VitrA” şirkətləri, eləcə də ENKA Vəqfinin sponsorluğu ilə təşkil olunan sərgi noyabrın 20-dək davam edəcək. Bu münasibətlə İstanbuldakı Yunan Orta Məktəbində mətbuat konfransı və təqdimetmə mərasimi təşkil olunub.
Məlumat verilib ki, İstanbul Dizayn Biennallesi şəhərsalma, ətraf mühitin, sənaye məhsullarının dizaynı, memarlıq, qrafik dizayn, moda və tekstil, yeni media dizaynı və s. sahələri əhatə edir. İstanbul Dizayn Biennallesi hədəfi geniş miqyasda mədəniyyət və sənətsevərləri əhatə edir. Peşə mütəxəssisləri, tələbələr, istehsalçılar, istifadəçilər, sənaye, dizayn mərkəzli markalar, dövlət qurumları və qeyri-hökumət təşkilatları İstanbul Dizayn Biennallesi ilə birbaşa və ya dolayı olaraq əlaqə qurmaq imkanına malikdirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul