MƏDƏNİYYƏT


“Üçüncü günün adamı” filminin çəkilişləri yekunlaşıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Üçüncü günün adamı” adlı tammetrajlı bədii filmin çəkilişləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.

Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır. Qarabağ haqqında həqiqətləri ekrana gətirməyi qarşısına məqsəd qoyan yaradıcı heyət çəkilişləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə aparıb.

Film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Ekran əsərinin premyerası yaxın vaxtlarda gerçəkləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.