İDMAN
Ueyn Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub
Bakı, 7 yanvar, AZƏRTAC
2004-cü ildən “Mançester Yunayted” klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində “Redinq” komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu “Qırmızı şeytanların” heyətində vurduğu qolların sayını 249-a çatdırıb.
Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]