DÜNYA
Ufada turistləri cəlb etmək üçün "Bal kəndi" tikiləcək
Bakı, 27 iyul, AZƏRTAC
Ufada yerli koloriti hiss etmək istəyən turistlər üçün "Bal kəndi" tikiləcək. Bu layihə "Yaşıl meşə" sanatoriyasının nəzdində həyata keçiriləcək.
AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, 150 kvadratmetr sahəni əhatə edəcək "Bal kəndi" ev, iki növ arıxana, uşaq meydançası və yarmarkadan ibarət olacaq. Dequstasiya üçün əlavə yer də inşa ediləcək. Bütün bu ehtiyaclar üçün 14,3 milyon rubl ayrılacaq. Hazırda layihə üçün investor axtarılır. "Bal kəndi"nin açılışı 2021-ci ilə planlaşdırılır.
Burada, həmçinin yerli suvenirlərin istehsalına da başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]