SİYASƏT


Uffe Riis Sorensen: Bakı Konqresi dünya mediasının inkişafına mühüm töhfələr verəcək

A+ A

London, 30 noyabr, AZƏRTAC

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi yüksək səviyyədə təşkil edilmişdi. Bu Konqres dünya mediasının inkişafına mühüm töhfələr verəcək.

Bu sözləri Dünya Xəbər Agentlikləri Konqresinin sabiq baş katibi Uffe Riis Sorensen AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Uffe Riis Sorensen qeyd edib ki, V Konqres, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası təcrübə mübadiləsi üçün çox yaxşı imkan yaratdı. Konqres çərçivəsində səmərəli görüşlər keçirildi və xəbər agentlikləri qarşısında duran çağırışlarla bağlı müzakirələr aparıldı. Tədbirin bu baxımdan da əhəmiyyəti çox böyükdür.

Dünya Xəbər Agentlikləri Konqresinin sabiq baş katibi AZƏRTAC ilə dostluq münasibətlərinin daim davam edəcəyini söyləyib. O, V Konqresin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a minnətdarlığını ifadə edib. U.R.Sorensen Prezident İlham Əliyev ilə görüşün onda dərin təəssüratlar yaratdığını vurğulayıb.

O, Bakıda olduğu müddətdə şəhərin görməli yerləri ilə tanışlıq fürsəti də əldə etdiyini deyib. Sabiq baş katib Bakı xatirələrini heç vaxt unutmayacağını bildirib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.