ELM VƏ TEXNOLOGİYA


Ufoloq Ayda həyat aşkarladığını iddia edir

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

AZƏRTAC “Daily Mail” qəzetinə (Böyük Britaniya) istinadla xəbər verir ki, finlandiyalı ufoloq Mark Savalha Ay fotolarından birində dik antena aşkar edib. Onun fikrincə, bu, Yer kürəsinin peykində yüksək inkişaf etmiş yadplanetli sivilizasiyanın mövcudluğunu göstərir.

Fin ufoloq iddia edir ki, yadplanetlilər Ayda yeraltı minerallar çıxarır. Mütəxəssis, həmçinin əmindir ki, bu məlumat artıq çoxdan NASA-ya məlumdur, lakin amerikanlar informasiyanı cidd-cəhdlə gizlədirlər.

M.Savalha bildirib ki, amerikalıların Aya pilotlu uçuşlardan imtina etməsinə məhz yadplanetlilər səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.