İDMAN


Ukranya idmançısı 25 metr məsafəyə hamıdan yaxşı atəş açıb

Bakı,30 iyul, Məhərrəm Əlioğlu, Pərvin Ələkbərov, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma yarışının qalibi müəyyən olub.

AZƏRTAC xəbər verir ki, ukrayalı atıcı Pavlo Korostylov rəqiblərindən daha üstün olaraq 581 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinci yerə 574 xalla almaniyalı Kristian Reitz, üçüncü yerə isə 573 xalla rusiyalı Aleksi Klımov çıxıb.

Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışı 564 xalla yeddinci yerdə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.