İQTİSADİYYAT


Ukrayna-Azərbaycan biznes-forumunda birgə müəssisələrin yaradılması müzakirə ediləcək

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində martın 13-də keçiriləcək Ukrayna-Azərbaycan biznes-forumunda birgə müəssisələrin yaradılması məsələləri müzakirə ediləcək. Biznes-forumun işində iştirak etmək üçün Ukraynaya Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti gedəcək. Ukraynanın Baş naziri Vladimir Qroysmanın tapşırığına əsasən bu ölkənin Ticarət və Sənaye Palatası biznes-forumun keçirilməsinə hazırlıq işləri aparır.

AZƏRTAC Ukraynanın Ticarət və Sənaye Palatasının saytına istinadla xəbər verir ki, forumun mövzuları sırasında qarşılıqlı səmərəli əməkdaşlığın vəziyyəti və perspektivləri də yer alıb. Əsas diqqət aqrar sektor, qida sənayesi, tikinti sahəsi və turizm istiqamətlərində cəmlənəcək. Azərbaycan tərəfi ilk növbədə müasir əczaçılıq və biotexnologiyaların cəlb edilməsində, polimer və plastmasların müxtəlif növlərinin və onlardan hazırlanan məmulatların istehsalında, habelə maşınqayırma, o cümlədən kənd təsərrüfatı maşınqayırma istehsalının yerləşdirilməsində maraqlıdır.

Xəbərdə bildirilir ki, əməkdaşlığın digər perspektiv istiqaməti qənnadı və qida sənayesində kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünə əsaslanan birgə müəssisələrin yaradılmasıdır. Məsələn, Azərbaycan şirkətləri Ukrayna qənnadı sənayesi üçün qoz-fındığı birbaşa göndərməkdə maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.