İQTİSADİYYAT


Ukrayna Baş nazirinin müavini nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin həlli yollarını təklif edib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin inkişafına heç bir maneə yoxdur. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko jurnalistlərə müsahibəsində deyib.

Ukrayna nazirinin sözlərinə görə, nəqliyyat infrastrukturu ilə bağlı məsələlər ölkələrimizin potensialı nəzərə alınaraq həll edilməlidir. G.Zubko İpək Yolunun bərpasını, habelə Azərbaycan neftinin Ukrayna ərazisi ilə Avropaya daşınması, Ukraynada qaz mənbələrinin şaxələndirilməsi imkanlarını nəzərdə tutan “Baltik dənizi–Qara dəniz–Xəzər dənizi” nəqliyyat dəhlizinin yaradılmasını bu istiqamətdə əsas vəzifələrdən biri adlandırıb.

Müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin yoluna qoyulduğunu qeyd edən G.Zubko vurğulayıb ki, hökumətlərarası nümayəndə heyətinin fəaliyyəti əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə yönəlib. Onun sözlərinə görə, ölkələrimizin ixrac-idxal potensialı son illərdə bir qədər azalıb. O, bu prioritet məsələnin həllini təkcə əmtəə və məhsulların ixracının artırılmasında deyil, həm də lazımınca qiymətləndirilməyən tranzit imkanlarının həyata keçirilməsində görür. Ukrayna Baş nazirinin müavini deyib: “Bu gün Azərbaycan nəqliyyat infrastrukturunda mühüm rol oynayan tərəfdaşlardan biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.