İQTİSADİYYAT
Ukrayna Gömrük Xidmətinin nümayəndələri Bakı Baş Gömrük İdarəsinin fəaliyyəti ilə tanış olublar
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binası və idarənin fəaliyyəti ilə tanış olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə bu ilin mayında istifadəyə verilən Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasında gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Yeni binanın istifadəyə verilməsi nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib. Burada “Hədəf” Mərkəzi də fəaliyyət göstərir.
Gömrük əməkdaşlarının iş otaqları, “Hədəf” Mərkəzinin fəaliyyət mexanizmi ilə tanış olan qonaqlar məmnunluqlarını ifadə ediblər.