İQTİSADİYYAT


Ukrayna İpək Yolu üzrə tarifləri aşağı salmaq üçün tədbirlər görür

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Ukrayna Çin-Ukrayna-Avropa İttifaqı istiqamətində multimodal daşımaların tariflərini aşağı salmaq üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna-Çin əməkdaşlığının dərinləşməsi ilə bağlı Kiyevdə keçirilən danışıqlara həsr olunmuş Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Ukrayna infrastruktur layihələrə investisiyanın cəlb olunmasında və İpək Yolu ərazisi üzrə tranzitin artırılmasında Çinlə əməkdaşlıq edir. Tərəflər Ukraynada infrastruktur layihələrə dövlət-fərdi əməkdaşlıq mexanizmlərini həyata keçirmək barədə razılığa gəliblər. Çin tərəfi belə layihələrin maliyyələşdirilməsi üçün “İpək Yolu” fondundan istifadə etmək təklifini irəli sürüb.

“İnfrastruktur Nazirliyi İpək Yolunun iştirakçı ölkələrinin - Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə Çernomorsk limanı vasitəsilə yüklərin daşınmasında Çin kompaniyalarının iştirakının vacibliyini qeyd edib. “Böyük İpək Yolu İqtisadi Kəməri”nin yaradılması üzrə təşəbbüsün müştərək reallaşdırılması çərçivəsində Ukrayna Çin-Ukrayna-Avropa İttifaqı istiqamətində multimodal daşımaların tariflərini aşağı salmaq üçün tədbirlər görür”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bu günlərdə Astanada Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolu administrasiyasının rəhbərləri Qazaxıstanın yük göndərənləri, iri operatorları və yük kompaniyalarının təmsilçiləri ilə görüşüblər. Görüşdə rəqabətli tarif şərtlərinin yaradılması barədə saziş əldə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.