MƏDƏNİYYƏT


Ukrayna Milli Operasının solistləri Bakıda

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb.

Tamaşada əsas partiyaları Ukrayna Milli Operasının solistləri - Xalq Artisti Olqa Naqornaya və Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmin ifa ediblər.

Bundan başqa, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova da rol alıb.

Tamaşanı beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev idarə edib.

Həmişə olduğu kimi bu dəfə də səhnə əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.