Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ukrayna Prezidenti (1994-2005-ci illərdə) Leonid Kuçmadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Sizi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edirəm. Sizin ölkəniz öz dövlətçiliyinin bərqərar olması uğrunda uzun mübarizə yolu keçib. Azərbaycanlıların neçə-neçə nəsillərinin arzusunda olduğu azad, suveren Azərbaycan düz iyirmi beş il bundan əvvəl gerçəkliyə çevrildi.

Bütün bu illər ərzində Azərbaycan quruculuq və inkişaf yollarında inamla irəliləyir, onun uğurları hörmət və heyranlıq doğurur. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətində genişmiqyaslı dəyişikliklər davam edir.

Bizim xalqlarımız bir-birinə çoxillik dostluq telləri ilə bağlıdır. Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimad yalnız möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və çətin işinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Sizin

Leonid Kuçma

Ukrayna Prezidenti (1994-2005-ci illərdə)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin