SİYASƏT


Ukrayna Prezidenti Petro Poroşenko Milli Məclisdə olub

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Milli Məclisdə olub.

Ukrayna dövlətinin başçısı əvvəlcə Milli Məclisin iclas zalı ilə tanış olub. Ali qonaq deputatların fəaliyyəti üçün yaradılan iş şəraitini yüksək qiymətləndirib.

Sonra Prezident Petro Poroşenko Heydər Əliyev xatirə zalına baxıb. Dövlət başçısına Azərbaycan parlamentinin formalaşması və xarici ölkələrin qanunverici orqanları ilə əlaqələrin qurulmasında Ulu Öndərin xidmətləri barədə məlumat verilib.

Ukrayna Prezidenti burada xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Ukrayna Prezidenti Petro Poroşenko və Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Ukrayna münasibətlərindən danışaraq bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Milli Məclisin sədri münasibətlərdə parlament diplomatiyasının mühüm rolunu vurğulayaraq qanunverici orqanlardakı dostluq qruplarının qarşılıqlı əməkdaşlığından razılıq ifadə edib. Oqtay Əsədov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident Petro Poroşenko Bakıda keçirilən görüşlərin, imzalanan sənədlərin, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa dair müzakirə olunan məsələlərin və layihələrin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.