RƏSMİ XRONİKA


Ukrayna Prezidenti Petro Poroşenkonun rəsmi qarşılanma mərasimi olub VİDEO

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Petro Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Petro Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Petro Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır