SİYASƏT


Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası Yerevanda faşist generalına heykəl ucaldılmasını pisləyən bəyanat yayıb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Qaregin Njdenin faşist ordusu sıralarında fəaliyyəti barədə məlumat verilib və Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqilliyi yolunda mübarizə aparan milli qəhrəman və vətənpərvər şəxs kimi təqdim edib.

“Nasist ideologiyasını və Holokos faciəsini araşdıran professor Efraim Zurov “The Jerusalem Post” qəzetində Njdenin həqiqətən nasistlərlə əməkdaşlıq etdiyini, Krımda və Qafqazda erməni legionunun komandirlərindən biri olduğunu qeyd edib. O bildirib ki, nasistlərlə birgə II Dünya müharibəsinin gedişində kütləvi qırğınlarda iştirak edən Njdeyə heykəl qoyulmasını qınamalı, nasistlərlə əlbir olan və 3-cü reyxə kömək edənlərə qarşı çıxış etməliyik. Yerevanda Njdenin adını daşıyan prospekt, meydan, metro stansiyası və həmçinin Sunik rayonunda bir kənd mövcuddur. Bu da nasistlərə qarşı mübarizə aparan və həlak olan müharibə iştirakçılarının xatirəsinə təhqirdir”- deyə bəyanatda bildirilir.

Bəyanatda Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası nasist ideologiyasının təmsilçisi olan Njdenin erməni xalqının qəhrəmanı kimi təbliğ edilməsini pisləyib, eləcə də Ukrayna ictimaiyyətini bu məsələyə münasibət bildirməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.