MƏDƏNİYYƏT


Ukrayna aktyorları Bakıda “Soyuq ürək” adlı şou təqdim edəcəklər

Bakı, 11 avqust, AZƏRTAC

Bakıda ilk dəfə noyabrın 12-də Heydər Əliyev Sarayında “Walt Disney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” tamaşası nümayiş etdiriləcək.

Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, tamaşa “Made in Odessa” (Ukrayna) prodüser mərkəzinin teatrının aktyorları tərəfindən təqdim olunacaq. Tamaşaçılar müxtəlif oyun və əyləncələrə qatılacaq, nağıl qəhrəmanları ilə birlikdə tapmacaları açacaq, onlara çətin vəziyyətlərdən çıxmaqda kömək edəcəklər.

Daha sonra uşaqları yeni il macəralarının bütün qəhrəmanları ilə fotosessiya gözləyir. Şouda otuzdan çox aktyor iştirak edəcək, cizgi filminin birinci hissəsinə düşməyən hadisələr də göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.