İDMAN


Ukrayna boksçusu Vasili Lomaçenko çempion kəmərini qoruyub

Kiyev, 27 noyabr, AZƏRTAC

Dünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu olan ukraynalı Vasili Lomaçenko yamaykalı Nikolas Uolter üzərində vaxtından əvvəl qələbə qazanaraq ikinci yarımyüngül çəki dərəcəsində (58,967 kiloqramadək) çempion kəmərini qoruyub saxlamağa nail olub.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, noyabrın 27-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüş boyu üstünlük V.Lomaçenkoda olub. Nəticədə o, rəqibinə texniki nokautla qalib gəlib.

Yeddinci raunddan sonra yamaykalının komandası döyüşü dayandırmaq qərarına gəlib. Bu, N.Uolterin karyerasında ilk məğlubiyyətdir. İkiqat Olimpiya çempionu V.Lomaçenko isə peşəkar rinqdə keçirdiyi səkkiz döyüşün yeddisində (5-i vaxtından əvvəl) qalib gəlib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.