İQTİSADİYYAT


Ukrayna da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

A+ A

Bakı, 25 noyabr, Elvin Camalov, AZƏRTAC

Ukrayna yükləri Azərbaycan və İrandan keçirməklə Mərkəzi Asiya ölkələrinə çatdırmaq üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC ilə “Ukrayna Dəmir Yolları” ASC arasında imzalanan müqavilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə yeni yüklərin cəlb olunması və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.