İDMAN


Ukrayna futbolunda danışılmış oyunlar aşkar edilib

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya atılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, səkkiz şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.