CƏMİYYƏT


Ukrayna ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr uğurla inkişaf edir

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Sergey Pançenko Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrdən danışıb. Ukraynanın ölkəmiz üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd edib. Bu istiqamətdə assosiasiyanın müxtəlif layihələr həyata keçirdiyini qeyd edən S.Abbasov gələcəkdə “Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini bildirib.

Diqqətə çatdırılıb ki, hazırda Bakıda və bir sıra regionlarımızda Ukraynanın tanınmış tarixi şəxsiyyətlərinin xatirəsi əbədiləşdirilib. Bu dostluq siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Görüşdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Fəxri diplomu Sergey Pançenkoya təqdim edilib.

Professor S. Pançenko rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışıb. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən qonaq Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edib.

Digər çıxış edənlər son beş ildə Ukrayna-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.