İDMAN


Ukrayna millisi 25 metr məsafəyə tapançadan atəşaçma yarışının qızıl medalını qazanıb

Bakı, 31 iyul, AZƏRTAC

Ukrayna millisi kişilər arasında 25 metr məsafəyə tapançadan mərkəzə atəşaçma üzrə komanda yarışında 1732 xal toplayaraq qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu yarışda Ukrayna komandası Pavlo Korostylov, Pasternak Volodimir və Roman Bondaruk ilə təmsil olunub.

Xristian Reitz, Miçel Perre və Maykl Şluter 1724 xalla Almaniya millisini gümüş medalla təmin ediblər.

Yarışın üçüncüsü isə 1714 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bürünc medalı Boris Artaud, Klement Bessaquet və Frank Kiefer qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.