İDMAN


Ukrayna millisi kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışının qızıl medalını qazanıb

Bakı,30 iyul, Məhərrəm Əlioğlu, Pərvin Ələkbərov, AZƏRTAC

Ukrayna millisi kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma üzrə komanda yarışında 1719 xal toplayaraq qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu yarışda Ukrayna komandası Pavlo Korostylov, Pasternak Volodymir və Roman Bondaruk ilə təmsil olunur.

Klement Bessaguet, Frank Kiefer və Boris Artaud 1676 xalla Fransa millisini gümüş medalla təmin ediblər.

Yarışın üçüncüsü isə 1675 xalla Rusiya millisi olub. Rusiya yığmasının heyətində bu uğura Aleksis klimov, Nikita Şkanov və Aleksandr Alifirenko imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.