İDMAN


Ukrayna nümayəndəsi dünyanın ən güclü qadın şahmatçılarının ilk üçlüyünə daxil olub

A+ A

Kiyev, 2 noyabr, AZƏRTAC

Ukraynalı Anna Muzıçuk dünyanın ən güclü qadın şahmatçılarının reytinqində üçüncü yerə yüksəlib.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) noyabrın 1-i üçün olan yenilənmiş reytinqinə görə A.Muzıçukun aktivində 2561 xal var.

Aktivində 2635 xal olan Çin nümayəndəsi Hou İfan yenə reytinqin lideridir. Onun həmvətəni Yu Venyunun aktivində 2580 xal, Annanın bacısı, reytinq cədvəlində 8-ci yeri tutan Mariya Muzıçukun aktivində isə 2532 xal var.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.