DÜNYA
Ukrayna parlamentariləri ölkənin gələcəkdə Avropa İttifaqının üzvü olacağı barədə bəyanat qəbul ediblər
Kiyev, 16 sentyabr (AZƏRTAC). Bu gün Ali Rada “Ukraynanın Avropa seçimi haqqında” qərar qəbul edib. Beləliklə, Ali Rada faktiki olaraq Ukrayna Avropa İttifaqına daxil olmaq üçün müraciət edib.
Ali Radanın 298 deputatı bu qərarın lehinə səs verib.
Spiker Aleksandr Turçinov sənədin mətnini oxuyub: “Ukrayna Ali Radası öz seçicilərinin iradəsini ifadə edən vahid qanunverici hakimiyyət orqanı olaraq bəyan edir ki, Ukrayna demokratiya və hüququn aliliyi kimi ümumi dəyərlərə şərik bir Avropa dövləti olmaqla, Aİ ilə Ukrayna arasında Assosiasiya haqqında Sazişi ratifikasiya edərək, Aİ haqqında Müqavilənin 49-cu maddəsinə müvafiq olaraq gələcəkdə Aİ-nin üzvü olmağın xeyrinə öz suveren seçimini vurğulayır”.
Ali Radanın sədri onu da qeyd edib ki, Ukraynanın Avropa gələcəyi barədə seçimi “qəti və son” seçimdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]