İDMAN


Ukrayna paytaxtında “Bakinets” idman klubu açılıb

A+ A

Kiyev, 9 iyul, AZƏRTAC

Ukrayna paytaxtının böyük “Dream Town-1” ticarət-əyləncə mərkəzində sərbəst güləş üzrə “Bakinets” idman klubu açılıb. Bu klub həmvətənimizin, Azərbaycanın əməkdar idman ustası və sərbəst güləş üzrə keçmiş SSRİ və ölkəmizin əməkdar məşqçisi, SSRİ və Avropa yarışlarının çoxqat qalibi, veteranlar arasında dünya çempionu Oleq Krapivinin təşəbbüsü və sponsorluğu ilə fəaliyyətə başlayıb.

“Bakinets” güləş zalı, trenajorları, zəruri avadanlığı, soyunub-geyinmə və duş otaqları, habelə tibb məntəqəsi olan müasir, idman klubudur.

O.Krapivin həmçinin Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri, “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai birliyinin prezidentidir. Bu yaxınlarda o, Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV qurultayında iştirak edib.

Forum haqqında təəssüratlarını bölüşən O.Krapivin bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı həyat və fəaliyyətinin bütün sahələrində ölkəsini, tarixi vətənini fəal təbliğ etməlidir. O.Krapivin vurğulayıb ki, “Bakinets”in fəaliyyətə başlaması ilə dost Ukraynada Azərbaycan idmanının təbliğinə öz töhfəmi vermək istəyir.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.