İQTİSADİYYAT


Ukrayna şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Ukraynada fəaliyyət göstərən "Şevçenskiy zavod prodtovarov" MMC və "Desna" qənnadı fabriki Azərbaycanda əməkdaşlıq əlaqələri qurmaqda və öz məhsullarının satışını həyata keçirməkdə maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, "Şevçenskiy zavod prodtovarov" MMC və "Desna" qənnadı fabriki ixrac üçün həm qablaşdırılmış, həm də çəki ilə satılan məhsullarının minimal qiymətinin əks olunduğu siyahılarını (Şevçenskiy Zavod Prodtovarov, Desna) əməkdaşlıqda maraqlı olan iş adamlarının və sahibkara təqdim edib.

Şirkətin məhsulları Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Livan, Moldova, Polşa, Rumıniya, ABŞ, Çexiya və Afrikanın bir sıra ölkələrinə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.