MƏDƏNİYYƏT


Ukrayna və Azərbaycan muzeyləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasına təkan verəcək. Eyni zamanda, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Ukrayna mədəniyyətinin, Ukraynada isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.

Əməkdaşlıq müqaviləsini muzeyin direktorları - Çingiz Fərzəliyev və Dmitri Strus imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.