İQTİSADİYYAT


Ukrayna və İran Azərbaycan ərazisindən keçməklə kənd təsərrüfatı məhsullarının qatarla daşınması barədə razılığa gəliblər

Bakı, 20 aprel, AZƏRTAC

Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.

AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, qatar marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və test xarakteri daşıyacaq.

“Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir”, – deyə ölkənin İnfrastruktur Nazirliyinin məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.