DÜNYA


Ukrayna və Rusiya şirkətləri kiberhücuma məruz qalıblar

Bakı, 27 iyun, AZƏRTAC

Ukraynanın və Rusiyanın bir sıra böyük şirkətləri kiberhücuma məruz qalıblar.

AZƏRTAClefigaro.fr” saytına istinadla bildirir ki, kiberhücum nəticəsində Ukraynada metronun, aeroportların və bankların, Rusiyada isə “Rosneft” şirkətinin fəaliyyətlərində fasilələr yaranıb.

İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, kiberhücum iki ölkədə ümumilikdə 80 şirkəti, o cümlədən Ukraynanın “Mars”, “Nivea”, “Auchan” banklarını, həmçinin bir sıra hökumət qurumlarının saytlarını hədəfə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.