MƏDƏNİYYƏT


Ukrayna və qazaxıstanlı solistlər Bakı teatrının səhnəsində çıxış edəcəklər

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” operası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas partiyanı - Çio-Çio-San rolunu “Astana Opera” Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxıstanın Əməkdar İncəsənət Xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova ifa edəcək.

Eyni zamanda, səhnə əsərində Şarples rolunda Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Qrişin, Pinkerton rolunda Azərbaycanın Əməkdar Artisti Fərid Əliyev, Süzuki rolunda isə Əməkdar Artist Səbinə Vahabzadə və başqaları çıxış edəcəklər.

Operanın dirijoru Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.