DÜNYA
Ukraynada 16 ölkənin qatıldığı genişmiqyaslı hərbi təlimlərə başlanılıb
Kiyev, 11 iyul, AZƏRTAC
Ukraynada 16 ölkənin 3 mindən çox hərbçisinin qatıldığı “Sea Breeze-2017” genişmiqyaslı birgə hərbi təlimlərinə başlanılıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə mətbuat konfransında Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Dimitri Quçulyak deyib.
Onun sözlərinə görə, dəniz hərbi təliminin məqsədi krizis regionunun təhlükəsizliyini qorumaqdır.
“Hərbi təlimlərdə 31 gəmi, qayıq, 29 təyyarə və helikopter, 3 mindən çox şəxsi heyət iştirak edir. Hərbi təlimlər Odessa və Nikolayev regionunda keçirilir”,- deyə Quçulyak əlavə edib.
O qeyd edib ki, hərbi təlimlər zamanı ordunun NATO standartlarına uyğunluğu yoxlanılacaq.
Təlimlər iyulun 23-nə kimi davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]