İDMAN


Ukraynada Azərbaycan futbolunun təbliği ilə bağlı növbəti layihə icra edilir

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC 

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubu bu ölkədə təbliğat kampaniyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Ukraynanın tanınmış müalicə-kurort məkanlarından olan Truskavets şəhərində keçirilib. Yerli və xarici turistlərin ən çox üz tutduqları məkanlardan olan bu şəhərdə fan-klubun üzvləri üzərində “Neftçi”nin loqosu olan su qabları paylayıblar. Şəhər sakinləri və turistlər tərəfindən maraqla qarşılanan layihə zamanı klubun uğurları barədə də məlumat verilib.

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədi Elmar Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu, Ukraynada həyata keçirdiyimiz növbəti layihədir. Məqsədimiz “Neftçi” klubunu və Azərbaycan idmanını beynəlxalq aləmdə tanıtmaq, həmçinin onun azarkeşlərinin sayını artırmaqdır. Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinə əsaslanan layihələrimiz bundan sonra da davam edəcək. Sevindirici haldır ki, “Neftçi” klubunun Ukraynada kifayət qədər azarkeşləri var. Bu, ölkəmizin ümumi inkişafının və uğurlu idman siyasətinin bariz nümunəsidir”.

Layihə ilə əlaqədar mindən artıq su qabının hazırlandığını diqqətə çatdıran Elmar Məmmədov “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev ilə yeni layihələr barədə fikir mübadiləsi apardığını bildirib: “Fan-klubun əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar ölkəmizin tanıdılması və Azərbaycan futbolunun inkişafına yönəlib. Artıq “Neftçi”nin Ukraynada böyük azarkeş ordusu var və onlar komandamızın oyunlarını həmişə izləyirlər”.

Bir müddət əvvəl Elmar Məmmədov Morşin şəhərinin “Skala” futbol klubunun rəhbərliyi və üzvləri ilə görüşüb. Görüşdə fan-klubların əməkdaşlığına, onların üzvlərinin qarşılıqlı səfərlərinə, gənc idmançıların futbol akademiyalarında təcrübə keçməsinə dair tədbirlər razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.