DÜNYA


Ukraynada “Eurovision-2017” yarışmasının keçiriləcəyi şəhər avqustun 1-də məlum olacaq

A+ A

Kiyev, 21 iyul, AZƏRTAC 

İyulun 20-də Ukrayna Milli Televiziyasının Birinci Kanalında “City Battle” təşkil olunub.

AZƏRTAC “Komsomolskaya pravda” v Ukraine” internet qəzetinə istinadla xəbər verir ki, televiziya proqramında “Eurovision-2017” mahnı müsabiqəsini keçirməyə iddialı olan 6 şəhərin təqdimatı keçirilib. Təqdimat iki hissədən ibarət olub - şəhərin əsas təmsilçisi Ukrayna Birinci Kanalının studiyasında rəqəmləri və planları təqdim edib, iştirakçı şəhərin mərkəzində isə fəal vətəndaşlar və yerli administrasiya öz dəvətini səsləndirib.

Ukrayna paytaxtını şəhər merinin müavini Aleksey Reznikov təmsil edib. Onun sözlərinə görə, şəhər “Eurovision-2017”ni günü sabahdan qəbul edə bilər. Birincisi, Kiyevdə fanatları və qonaqları yerləşdirmək üçün dörd və beşulduzlu mehmanxanalar var. A.Reznikovun sözlərinə görə, müsabiqəyə 20 mindən çox qonaq gələcək. İkincisi, təhlükəsizlik məsələsi Kiyevdə vilayət mərkəzlərindən daha yaxşı təmin edilir. Bütün hüquq mühafizə, antiterror, xilasetmə və digər idarələr burada cəmlənib.

Kiyevlilər müsabiqənin keçirilməsində Lvov şəhərini özlərinə rəqib hesab edirlər. Onların fikrincə, Lvov çox gözəl şəhərdir, burada turistlərin yerləşməsi üçün çoxsaylı mehmanxanalar, maraqlı və rahat məkanlar var. “City Battle” proqramında Lvov şəhərinin təqdimatı romantik planda olub. Polşalı qız və ingiltərəli oğlan “Eurovision-2017” mahnı müsabiqəsinə baxmaq üçün Lvova gəlirlər. Onlar əvvəlcə şəhərin park, meydan, qəhvəxana və restoranlarına, sonra isə bir-birinə vurulurlar.

Müsabiqəyə ev sahibliyi edəcək şəhər avqustun 1-də məlum olacaq.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.