DÜNYA
Ukraynada “Qrom” adlı yeni raket kompleksi yaradılıb
Kiyev, 4 noyabr, AZƏRTAC
“Pavloqradskiy ximiçeskiy zavod” dövlət müəssisəsi və “Yujnoye” konstruktor bürosu “Qrom” adlı yeni operativ-taktiki kompleks yaradıblar. AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, yeniliyin müəllifləri bu kompleksi sınaqdan keçirməyə hazırlaşırlar.
Müəssisənin baş direktoru və baş konstruktoru Leonid Şimanın sözlərinə görə, “Qrom” kompleksi üzərində iş 2013-cü ildə, “Sapsan” operativ-taktiki kompleksinin yaradılması layihəsi bağlanandan sonra başlanıb. Müəssisə yeni kompleksin yaradılması üçün kredit resursları cəlb edib.
Hazırda “Qrom” kompleksinin sifarişçisi xarici ölkədir.
L.Şiman vurğulayıb: “Bu silah xaricdəki təcavüzkarın hücumunu qabaqlamağa, o cümlədən təcavüzkarın ərazisində yerləşən hər hansı texnogen obyektləri məhv etməyə imkan verir. Biz sentyabrdan başlayaraq işimizi fəal davam etdiririk, dekabr ayında stend və uçuş sınaqları üçün mühərrikləri hazır vəziyyətə gətiririk”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]