DÜNYA
Ukraynada "Uber"ə rəqib taksi xidməti istifadəyə verilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Ukraynada "Uber"ə rəqib "Taxify" taksi çağırışı xidməti işə salınıb.
AZƏRTAC “psm7.com”a istinadla xəbər verir ki, bu xidmətdən ilk olaraq Kiyev sakinləri istifadə edə biləcəklər. Şirkətdə ilkin hazırlıq keçən 200 sürücü çalışacaq. Sistem sərnişinlərə sürücüləri, sürücülərə isə sərnişinləri qiymətləndirməyə imkan verir. "Taxify" mobil əlavəsini Android və iOS-ə yükləməklə müştərilər avtomobil sifariş edə bilərlər. Gediş haqqını mobil əlavə vasitəsilə ödəmək mümkündür.
Qeyd edək ki, ilk dəfə "Taxify" xidməti 2013-cü ildə Estoniyada buraxılıb. Bu gün xidmət 9 ölkədə, o cümlədən Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Latviya, Litva, Serbiya, Niderland və Meksikada fəaliyyət göstərir. Şirkət gələcəkdə daha bir neçə Avropa ölkəsində xidmətini genişləndirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]